
Bolqarıstanın "Lüdoqorets" və Macarıstanın "Ferentsvaroş" komandaları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gəliblər.
Sportnet.az xəbər verir ki, Razqrad şəhərindəki "Ludogorets Arena"da təşkil olunmuş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Cavab görüşü avqustun 12-də Budapeştdəki "Ferentsvaroş" stadionunda olacaq.
Qeyd edək ki, "Qarabağ" Albaniya "Şkendiya"sını üstələyəcəyi təqdirdə, bu cütün qalibi ilə Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək. Cütlərin məğlubları isə Avropa Liqasının pley-off mərhələsində görüşəcək.