
"Milliyə nəyə görə çağırılmadığımı bilmirəm".
Bunu Sportnet.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov Azərbaycan yığmasının sentyabrın 5-də səfərdə İslandiya, sentyabrın 9-da isə evdə Ukraynaya qarşı keçirəcəyi oyunlara dəvət almamasına münasibət bildirərkən deyib.
34 yaşlı mərkəz müdafiəçisinin sözlərinə görə, bu, baş məşqçi Fernandu Santuşun qərarıdır: "Müzakirə etmək istəmirəm. Komandaya uğurlar arzulayıram. İki vacib oyuna çıxacaqlar. Əsas məsələ davamının gəlməsi üçün yaxşı başlamaqdır".
Hüseynov milliyə yenidən dəvət almaq istəyini dilə gətirib: "Biz də gələcək təlim-məşq toplanışlarına dəvət almaq üçün hazırlaşacağıq. Yaxşı formada olsam, fikrimcə, məni yenə çağıracaqlar".
Haşım MƏMMƏDOV