
Azərbaycan Premyer Liqasında III turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Sabah" komandası "Bank Respublika Arena"da "İmişli"ni qəbul edib.
Baş hakim Fərid Hacıyevin idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 67-ci dəqiqədə Abbas Ağazadə vurub.
Beləliklə, "İmişli" Premyer Liqada ilk qələbəsini qazanıb. Ehtiyatda bir oyunu olan "Sabah" isə ötən tur "Şamaxı" üzərində əldə etdiyi qələbənin ardından məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Sumqayıt" evdə "Şamaxı" ilə heç-heçə edib - 1:1. "Neftçi" evdə "Turan Tovuz"a 0:1, "Karvan-Yevlax" "Qarabağ"a 0:2 hesabı ilə uduzubsa, "Zirə" evdə "Kəpəz"ə 5:0, "Araz-Naxçıvan" "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəlib.
---------------------------
Azərbaycan Premyer Liqasında III turun növbəti oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Qarabağ" Şamaxı şəhər stadionunda "Karvan-Yevlax"ın qonağı olub.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüş Ağdam komandasının qələbəsi ilə yekunlaşıb - 2:0.
İlk qolu 11-ci dəqiqədə "Karvan-Yevlax"ın müdafiəçisi Elvin Yunuszadə öz qapısına vurub. 72-ci dəqiqədə isə Emmanuel Addai fərqlənib.
Bu, "Qarabağ"ın ilk qələbəsi, "Karvan-Yevlax"ın ilk məğlubiyyəti olub.
Qeyd edək ki, III tura saat 19:30-da başlanacaq "Sabah" - "İmişli" matçı ilə yekun vurulacaq.
----------------------
Bu gün Azərbaycan Premyer Liqasında III turun son oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə "Karvan-Yevlax" və "Qarabağ" komandaları üz-üzə gələcək.
Şamaxı şəhər stadionunda təşkil olunacaq görüşü baş hakim Rəvan Həmzəzadə idarə edəcək.
Daha sonra "Sabah" "Bank Respublika Arena"da "İmişli"ni sınağa çəkəcək. Bu matça isə baş hakim qismində Fərid Hacıyev təyinat alıb.
İndiyədək "Karvan-Yevlax" 2 oyundan 4, "İmişli" 1, "Sabah" 1 görüşdən 3 xal yığıb. "Qarabağ" isə ötən tur "Sumqayıt"a qarşı keçirdiyi ilk qarşılaşmasından məğlub ayrılaraq, xalsız qalıb.
Azərbaycan Premyer Liqası, III tur
31 avqust (bazar)
17:00. “Karvan-Yevlax” – “Qarabağ” - 0:2
Qollar: Elvin Yunuszadə, 11 (avtoqol). Emmanuel Addai, 72
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı şəhər stadionu
19:30. “Sabah” – “İmişli” - 0:1
Qol: Abbas Ağazadə, 67
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena”.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Sumqayıt" evdə "Şamaxı" ilə heç-heçə edib - 1:1. "Neftçi" evdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzubsa, "Zirə" "Kəpəz"ə 5:0, "Araz-Naxçıvan" "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəlib.