
"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi Portuqaliyada "Benfika"nın qonağı olub.
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 7:1. "Qarabağ"ın yeganə qolunu 85-ci dəqiqədə Əli Qazıbəyov vurub.