
Bakıda dünyanın ən nüfuzlu cüdo məktəbi olan Kodokan tərəfindən təşkil olunan seminarlar uğurla yekunlaşıb.
Sportnet.az xəbər verir ki təlim proqramını 8-ci dan sahibləri Hirano Hiroyuki və Mikihiro Mukai rəhbərliyində tamamlayan məşqçilərə beynəlxalq sertifikatlar təqdim olunub.
Səfər çərçivəsində yaponiyalı mütəxəssislər yerli cüdo klublarını da ziyarət edib. Sumqayıt Cüdo Təlim Mərkəzi, Biləcəri Cüdo Mərkəzi, Bakı şəhəri 13 nömrəli İOEUGİM, “Judo Club 2012” və “Turan” İdman Klubunda keçirilən məşğələlərdə tachi-waza və ne-waza üzrə biliklərini paylaşaraq çevirmələr üzərində praktik dərslər keçiriblər. Təlimlərdə tomoe-nage variantları və osae-komi-waza mövqelərinə keçidlərə xüsusi diqqət yetirilib.