Bakıda Kodokan ustadlarının kime-no-kata seminarı davam edir.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, dünyanın ən nüfuzlu cüdo məktəbinin tanınmış mütəxəssisləri – 8-ci dan sahibləri Hirano Hiroyuki və Mikihiro Mukai öz zəngin təcrübələrini Azərbaycan kataçıları ilə bölüşürlər.
Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən məşğələlər yalnız praktiki bacarıqların təkmilləşdirilməsinə deyil, həm də cüdonun fəlsəfəsi və ənənələrinin dərin mənimsənilməsinə xidmət edir.


















































































