
İtaliyalı motosikletçi Qabriele Kottini "Dunlop Cup 600 yarışı" zamanı qəzaya düşərək aldığı xəsarətlərdən dünyasını dəyişib.
Sportnet.az xəbər verir ki, 39 yaşlı idmançı İtaliyanın Kremona trasında yıxılıb. Ona yerindəcə tibbi yardım göstərilib və xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Yarışın təşkilatçıları Kottinini anmaq üçün bütün yürüşlərin keçirilməsini təmin etsələr də, mükafatlandırma mərasimlərini ləğv ediblər.
İtaliya Motosport Federasiyası idmançının ailəsinə və yaxınlarına başsağlığı verib.