"Turan Tovuz" azarkeşləri "Sabah" ilə Azərbaycan Premyer Liqasının XV tur matçında hesabda geri düşmələrinə etiraz ediblər.
Sportnet.az-ın məlumatına görə, Tovuz komandası hesabda 0:2 geri düşdükdən sonra fanatlar "istefa" şüarları səsləndiriblər.
Onlar baş məşqçi Kurban Berdıyevlə yanaşı, komandanın çıxışından da narazılıqlarını bildiriblər. Futbolçuları fitə basan azarkeşlər tribunaları tərk etməyə başlayıblar.









































































