Braziliyanın “San-Paulu” klubunun futbolçusu Oskar 34 yaşında karyerasını bitirməyi qərara alıb.
Sportnet.az "ESPN Brasil" nəşrinə istinadən xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi səhhətindəki problemlərə görə peşəkar idmandan ayrılacaq.
“Çelsi”nin sabiq futbolçusu bunu yaxın çevrəsinə bildirib. “San-Paulu” rəhbərliyi yarımmüdafiəçi ilə görüş keçirərək onun gələcəklə bağlı planlarını öyrənmək istəyir. Braziliya klubu Oskarı öz strukturunda işlə təmin etmə variantını da nəzərdən keçirir. “San-Paulu” futbolçunun qayıdışı üçün son tarix müəyyənləşdirməyib. Oskarın gələcəyini düşünməsi üçün nə qədər vaxt lazım olsa, klub ona o qədər imkan verəcək.
Xatırladaq ki, 11 noyabrda futbolçu məşq-məşq mərkəzində planlı tibbi müayinə zamanı huşunu itirib, bundan sonra onda ürək problemi aşkarlanıb.








































































