ABŞ-nin "İnter Mayami" klubu İspaniya “Atletiko”sundan Rodriqo De Paulun satınalma opsiyasını aktivləşdirib.
Sportnet.az MLS-in rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı argentinalı futbolçu icarə müddətindəki çıxışlarından sonra komandanın tamhüquqlu oyunçusuna çevriləcək.
“Atletiko” oyunçuya görə təxminən 15 milyon avro alacaq.
Qeyyd edək ki, Rodriqo De Paul Lionel Messinin yaxın dostudur və onunla birlikdə Argentina yığmasının heyətində dünya çempionu olub. Rodriqoya tez-tez zarafatla “Messinin mühafizəçisi” deyirlər, çünki o, rəqib futbolçuların Lionellə kobud davranışlarına qarşı sərt oyun üslubu ilə seçilir.







































































