İtaliya “Yuventus”unun minoritar səhmdarı olan "Tether" şirkəti klubun tamhüquqlu sahibi olmaq üçün nəzarət paketinin alınmasına dair təklif verdiyini açıqlayıb.
Sportnet.az "Calcio e Finanza" nəşrinə istinadən xəbər verir ki, "Tether"in baş icraçı direktoru Paolo Ardoino “byankoneri”nin sadiq azarkeşidir.
Şirkət bir səhm üçün 2,66 avro qiymət təklif edib ki, bu da ümumilikdə təxminən 1,1 milyard avro deməkdir.
Sövdələşmə baş tutacağı təqdirdə, Tether şirkəti “Yuventus”un dəstəklənməsi və inkişafı üçün əlavə olaraq 1 milyard avro investisiya yatırmağa hazırdır.
"Yuventus" Anyelli ailəsinə məxsusdur. Ailədən bildirilib ki, klubun səhm payının satışı barədə danışıqlar aparılmır.









































































