Respublika Şahmat Mərkəzində şahmatın rapid və blits növləri üzrə kişilər və qadınlar arasında ölkə çempionatına start verilib.
Sportnet.az xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova iştirakçılara uğurlar arzulayıb.
Rapid və blits üzrə kişilər və qadınlar arasında ölkə
çempionatlarının hər biri “FİDE (Beynəlxalq Şahmat Federasiyası) Oyun Qaydalarına” əsasən İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilir. Kişi və qadınlar arasında ölkə çempionatının ümumi mükafat fondu 10 min manat təşkil edir. Kişilərin yarışında 32, qadınlarda isə 20 şahmatçı mübarizə aparır. Azərbaycan çempionatının baş hakimi Lütfiyar Rüstəmovdur.
Qeyd edək ki, çempionatda ilk üç yeri tutacaq şahmatçılar AŞF tərəfindən dünya çempionatına ezam olunacaq.




























































































