Avropa Liqasının IV turunda az sonra başlayacaq "Qəbələ" - "Sent-Etyen" oyunaun maraq çox azdır. Sportnet.az-ın məlumatına görə, 12 min azarkeş tutumuna malik "Bakcell Arena"dan heç 1/3-i dolmayıb.
"Qırmızı-qaralar" ilk 3 oyunda çəğlub olsa ad, qrupdan çıxmaq şansını saxlayır. Bu gün qazanılacaq qələbə mübarizəni davam etdirmək imkanı verəcək. Çox güman ki, matçın 1 saat gec başlanması da azarkeş sayına mənfi təsir göstərib. Halbuki, "Qəbələ"nin müraciətinə əsaəsn Bakı Metropoliteni bu gün iş rejimini dəyişərək gecə saat 1-dək işləyəcək.
Qeyd edək ki, stadionda "Sent-etyen"in bir qrup azarkeşi də var. Rəqib futbolçular meydanda isinmə hərəkətləri zamanı onları salamladılar.