
AZAL Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "İnter”lə qarşılaşdıqdan sonra futbolçulara istirahət verilmişdi. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 3 günlük istirahət çərşənbə günü başa çatıb.
Komanda "AZAL Arena”da yenidən bir araya gələrək hazırlığa başlayıb. İlk məşqlər fiziki təmrinlər üzərində qurulub. Ancaq tədricən taktiki-texniki məşqlərə də yer ayrılacaq. Bu günə və sabaha "təyyarəçilər”in 2 məşqi planlaşdırılıb.
Qeyd edək ki, AZAL Topaz Premyer Liqasının VIII turunda "Araz Naxçıvan" klubu ilə qarşılaşacaq.