Azərbaycan boksçusu Rüfət Hüseynov "Minsk 2019" II Avropa Oyunlarına qələbə ilə başlayıb.
Sportnet.az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 49 kq çəki dərəcəsində çıxış edən Hüseynov ilk görüşündə İsraili təmsil edən əslən erməni David Alaverdyana heç bir şans verməyib - 4:0. Bununla da azərbaycanlı boksçu 1/4 finala yüksəlib.