
"Oyuna ciddi hazırlaşmışıq. Avrokubokda debüt edəcəyik" Sportnet.az-ın Moldovanın paytaxtı Kişinyova ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri "Sperantsa"nın futbolçusu İon Arabaci Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda qarşılaşacaqlar "Neftçi" ilə matç barədə danışarkən deyib. 34 yaşlı oyunçu yaxşı oyun göstərməyin vacib olduğunu bildirib: "Nəticə də çox önəmlidir. İlk dəfə belə turnirdə oynayacağıq. Məşqçi heyətimiz bizə "Neftçi" barədə yetərincə məlumat verib. Texnikalı komandadır. Yaxşı oyun göstərərək azarkeşlərimizi sevindirmək istəyirik".