“Səbail”lə qarşılaşmada çox vacib qələbə qazandıq. Bu oyuna çox ciddi yanaşıb, yaxşı hazırlaşmışdıq”.
Sportnet.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu İsmayıl İbrahimli deyib.
22 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XV turunun “Səbail”lə matçından sonra jurnalistlərin suallarını cavablandırıb. O, 1:0 hesablı qələbənin çətinliklə əldə edildiyini bildirib: “İlk matçdan görünür ki, çempionatın ikinci yarısı çətin keçəcək. Rəqiblərimiz də yaxşı hazırlaşıb. “Səbail” də yaxşı oyun göstərdi. Bu üzdən bizə çətin oldu”.
İbrahimli komandanın təşvişə düşməsi və tələskənliyə yol verməsi fikri ilə razılaşmayıb: “Kənardan belə görünə bilər. Amma biz qələbə qazanmaq istəyirdik. Sevinirəm ki, sonda qol vurub istəyimizə nail olduq. Artıq əsas heyətdə yerimi möhkəmlətdiyimi deməzdim. Hər oyunda əlimdən gələni etməyə çalışıram ki, heyətə düşərək oynayım”.
Gənc futbolçu növbəti turun “Neftçi” ilə Azərbaycan derbisi barədə də danışıb: “Çalışacağıq ki, qələbələrin ardını gətirək. Bunu bacarsaq, yaxşı olar. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.