
Məşqçilər Komitəsinin üzvləri bu gün AFFA-nın inzibati binasında assosiasiya tərəfindən klublara təhkim olunmuş idman direktorlarından ikisi ilə görüş keçirib. Sportnet.az-ın məlumatına görə, Məşqçilər Komitəsi əvvəlcə AZAL-ın idman direktoru Daril Villardla mövcud vəziyyəti dəyərləndiriblər. Daha sonra "Qarabağ”ın idman direktoru Con van Loenlə fikir mübadiləsi aparıb, klublarda uşaq futbolunun inkişafı istiqamətində görülən işlər barədə məlumat əldə ediblər.