"Sabah" komandasının futbolçusu Coy Lens Mikels evdə "Turan Tovuz"la keçirdikləri Misli Premyer Liqasının VII tur matçında anlamlı jest edib.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi 34-cü dəqiqədə vurduğu qolu əsgər salamı ilə qeyd edib.
Qeyd edək ki, Almaniyadan olan oyunçunun aktivində hazırda 5 qol var.