1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Erməni atletlər belə şəraitdə Azərbaycandan çox lisenziya qazanıb - FOTOLAR
Azərbaycan idmanı maddi-texniki baza, idmançılarının il ərzində beynəlxalq yarışlarda qazandığı nəticələr və Yay Olimpiya Oyunlarına əldə etdiyi lisenziya sayında keçmiş SSRİ-də 10 ildən çoxdur ki, öncül yerlərdə qərarlaşıb. Hazırda ölkəmizin yalnız Rusiya, Ukrayna, Qazaxıstan və Belarusdan geri qaldığını söyləmək olar. Bəzi növlərdə hətta bu ölkələrdən bir çoxunu da üstələyirik.
Məsələn, sərbəst güləş və boks üzrə kişilərdən ibarət komandamız "Rio-2016"da tam heyətlə çıxış edəcək. Amma idmanın kraliçası sayılan atletikada vəziyyət heç də ürəkaçan deyil. Bu növdə ölkəmiz nəinki sadalananlardan, hətta sadalanmayanlardan da geri qalır.
Olimpiadada yüngül atletika üzrə 47 dəst medal sahibini tapır. Amma qarşıdakı Oyunlarda Azərbaycanı 3 atlet təmsil edəcək. Onlardan 2-si - Hanna Skidanla Hayle İbrahimov legionerdir. Atletika yığmamızın şəraiti, komandanın çoxsaylı nüfuzlu yarışlarda iştirak etməsinə baxmayaraq, olimpiya nörmasını hələlik cəmi 3 atlet doldura bilib.
Ermənistanda isə acınacaqlı məşq şəraitinə baxmayaraq, 5 idmançı olimpiadada iştirak hüququna yiyələnib. Hamısı da yerli idmançıdır: Amaliya Şaroyan, Levon Aqasyan, Qayane Çiloyan, Diana Xubeseryan və Lilit Arutyunyan. Düşmən ölkənin news.am saytı onların məşq şəraiti ilə maraqlanıb. Məlum olub ki, atletlər Olimpiya Ehtiyatları İdman Məktəbində hazırlıq keçirlər. İdman Məktəbi 1970-ci ildə işə başlayıb. Hazırda orada 300 nəfər, o cümlədən, Ermənistanın atletika millisi də hazırlıq keçir.
Azərbaycan atletləri isə əlverişli hava şəraitində əsaslı təmir olunmuş Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda və Tofiq Bəhramov adına Respublika stadionunda, qışda isə Respublika Olimpiya Mərkəzində çalışırlar.
Sportnet.az Ermənistan atletlərinin məşq etdikləri məkandan fotoreportajı təqdim edir...
Sahib ƏSƏDBƏYLİ
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb.