İyulun 12-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Azərbaycan Velosiped İdmanı Federasiyası arasında mövcud əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən Əməkdaşlıq haqqında Memorandum imzalanacaq. Sportnet.az-ın məlumatına görə, memorandumu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və Azərbaycan Velosiped İdmanı Federasiyasının vitze-prezidenti Sahib Ələkbərov imzalayacaqlar.
Tədbir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının konfrans otağında təşkil olunacaq.