1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakıdakı dünya çempionatı Fransada təqdim olundu
Fransanın Bordo şəhərində velosiped idmanının BMX növü üzrə Avropa çempionatına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, yarışda Avropa Velosipedçilər Birliyinin (UEC) rəsmi nümayəndəsi kimi Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti, qurumun Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov iştirak edib.
26 ölkədən müxtəlif yaş qrupları üzrə 1750 idmançının iştirak etdiyi Avropa çempionatından əvvəl komanda rəhbərlərinin iştirakı ilə toplantı keçirilib. Tədbirdə çıxış edən S.Ələkbərov iştirakçı ölkələrin təmsilçilərini Birliyin Rəhbər Komitəsi adından salamlayaraq populyarlığı gündən-günə artan bu yarışların xüsusi önəm daşıdığını vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Sonra çempionatın təşkili və BMX idmanının gələcək inkişaf perspektivləri ilə bağlı məsələlər geniş müzakirə edilib. Müzakirələrdən sonra gələn il 2 - 12 avqustda Böyük Britaniyanın Qlazqo şəhərində keçiriləcək idmanın 6 növü (o cümlədən velosiped idmanının 4 növü) üzrə Birləşmiş Avropa Çempionatları və 5 - 9 iyulda Bakıda təşkil olunacaq BMX üzrə dünya çempionatı haqqında təqdimatlar keçirilib.
Tədbir iştirakçılarına Azərbaycan, onun mədəniyyəti, idmana dövlət qayğısı, "Bakı 2015" I Avropa Oyunları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları, Formula 1 üzrə Azərbaycan Qran Prisi, "Tour d’Azerbaidjan" və digər böyük idman tədbirləri barədə məlumatları özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, BMX üzrə Avropa çempionatının kişilər arasında Elit kateqoriyasında qalib olmuş fransalı idmançı Joris Dode və gümüş medalçı, hollandiyalı Tvan van Gendt Bakı-2015 ilk Avropa Oyunlarında da müvafiq olaraq fəxri kürsünün ilk 2 pilləsində qərarlaşıblar.