"Tur de Frans” çoxgünlük veloyürüşünün təşkilatçıları mükafatlandırma mərasimində podium qızlarının iştirakından imtina etməyə hazırlaşırlar.
Sportnet.az "The Times" nəşrinə istinadən xəbər verir ki, buna səbəb son vaxtlar aztəminatlı qadınların podiuma çıxarılmasının və bu formada idmanın inkişafına cəlb edilmələrinin tənqidlə qarşılanmasıdır.
Bu il "Tur de Frans” 7 – 29 iyulda keçiriləcək. Ötən il İspaniyada təşkil edilən "Vuelta” yarışında podium qızlarından imtina olunub. Həmçinin "Formula 1”də də "qrid-görlz"lərdən istifadəni məhdudlaşdırılıb.