Azərbaycan yığmasının üzvləri Türkiyənin Konya şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Mevlana” yarışında çıxış ediblər.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 3 günlük velotur 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verib. Heyətdə baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Samir Cəbrayılov, Mikayıl Səfərli, Orxan Məmmədov, Musa Mikayılzadə və Mahmud Məmmədov yer alıb. Eyni zamanda Bəhreynin “VIB Sports” kontinental klubunun heyətində Elçin Əsədov da lisenziya xalları uğrunda mübarizə aparıb.
3 mərhələnin yekununa əsasən ümumi təsnifatda Cəbrayılov 5-ci, Əsədov isə 7-ci yeri tutub. Bununla da ölkə reytinqi daha 20 xalla (15+5) zənginləşib.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar bu il oktyabrın 22-dək davam edəcək.