1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan komandasının heyəti açıqlandı
"Synergy Baku" kontinental velosiped komandasının bu ilin mayında keçiriləcək "Tour d Azerbaidjan" veloyürüşünə qatılacaq yeni heyəti açıqlanıb. Sportnet.az-ın məlumatına görə, komandada 1 legioner velosipedçi çıxış edəcək.
Bu xorvatiyalı idmançı Yosip Rumasdır. Heyətdə onunla yanaşı Kirill Pozdnyakov, Maksim Averin, Elçin Əsədov, Elgün Əlizadə, Ənvər Asanov, Kənan Qəhrəmanlı, İsmayıl İlyasov və Samir Cəbrayılov yer alacaq.
Komandanın yeni üzvü Pozdnyakov Azərbaycan vətəndaşlığına keçdiyi üçün şərəf duyduğunu bildirib. 27 yaşlı idmançı vətəndaşlığını dəyişdikdən sonra Azərbaycan millisinin üzvü kimi qatılacağı yarışları səbirsizliklə gözləyir: "Hazırda Azərbaycan adına reytinq xalları əldə etmək üçün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) keçirdiyi yarışların intizarındayam. Azərbaycan xalqına minnətdarlıq əlaməti kimi əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, "Tour d Azerbaidjan" 3 - 7 mayda keçiriləcək.