FİLA-nın Konqresində quruma prezident seçkiləri keçirilib. Sportnet.az-ın məlumatına görə, hazırda FİLA-ya başçılıq edən Nenad Laloviç yeganə namizəd kimi yekdilliklə yenidən quruma rəhbər seçilib.
Laloviç bu vəzifəni qarşıdakı 6 il ərzində icra edəcək.
Konqresdə eyni zamanda, uzun müddətdir müzakirəsi aparılan ad dəyişikliyi də baş tutub. Beynəlxalq Güləş Federasiyası - FİLA bundan sonra United World Wrestling - Dünya Güləş Birliyi adlanacaq.
_____________________________________________________________________________________________________________________________________
10:45. FİLA-nın Konqresi işə başladı
Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Güləş Federasiyasının (FİLA) Konqresi işinə başlayıb. Sportnet.az-ın məlumatına görə, konqresin gündəliyində arxada qalan müddət ərzində görülən işlərin hesabatı, FİLA prezidenti seçkiləri, İcraiyyə Komitəsinə yeni üzvlərin seçilməsi, FİLA-nın adının dəyişdirilməsi və digər məsələlər daxildir.
Azərbaycanı Konqresdə FİLA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev təmsil edir.
Günün ikinci yarısında 2015-ci ildə keçiriləcək I Avropa Oyunları barədə Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərovun təqdimatı olacaq.