
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası bu gün İtaliyadakı dünya çempionatında növbəti oyununu keçirəcək. Sportnet.az-ın məlumatına görə, Triest şəhərində keçiriləcək qarşılaşmada rəqib Xorvatiya yığması olacaq.
Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşma komandamız üçün formal xarakter daşıyacaq. Hazırda 2 xala malik yığmamız E qrupunda 8 komanda arasında sonuncu pillədədir və növbəti mərhələyə yüksələcək ilk "3-lük"dən kənar qalacağı dəqiqləşib. Elə 5 xalla 5-ci pillədə olan Xorvatiyanın da şansları demək olar ki, tükənib. Ona görə də həm bugünkü, həm də sabah Almaniya ilə keçirəcəyi görüşdə yığmamız son pillədən qurtulmaq üçün mübarizə aparacaq.
E qrupu
20:00. Dominikan Respublikası - Çin - 2:3 (19:25, 19:25, 25:22, 25:20, 10:15)
20:00. Almaniya - Belçika - 3:0 (25:20, 25:15, 25:21)
23:00. İtaliya - Yaponiya - 3:0 (25:23, 25:20, 25:19)
23:00. Xorvatiya - Azərbaycan - 1:3 (25:23, 23:25, 13:25, 23:25)
Xal durumu: Çin - 16, İtaliya - 16, Dominikan Respublikası - 12, Yaponiya - 8, Almaniya - 6, Xorvatiya - 5, Azərbaycan - 5, Belçika - 4.