İngiltərənin "Arsenal" klubunun və Almaniya milli komandasının futbolçusu Məsut Özil 3 ayadək sıradan çıxıb. Sportnet.az-ın Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, türk əsilli yarımmüdafiəçi dizindəki zədə üzündən yığmanın məşqini buraxıb.
Münhendə aparılan tibbi müayinə nəticəsində onun diz bağlarında qırıq aşkarlanıb.
Özil Almaniya millisinin oktyabrın 11-də Polşa, bundan 3 gün sonra isə İrlandiya ilə keçirəcəyi AVRO-2016-nın seçmə qrup matçlarını buraxacaq.