Azərbaycan milli komandası növbəti biabırçı məğlubiyyətlə üzləşib. Sportnet.az-ın məlumatına görə, yığmamız bu dəfə AVRO-2016-nın seçmə qrup matçında Xorvatiya millisinə 0:6 hesabı ilə uduzub.
Bu, komandamızın baş məşqçisi Berti Foqtsun rəsmi oyunlarda ən böyük fərqlə məğlubiyyəti olub. Daha öncə yığmamız 2009-cu il iyunun 9-da Bakıda İspaniyaya eyni hesabla uduzub. Amma o, yoldaşlıq görüşü olub. Millimizin Foqts dönəmində qapısında 6 qol gördüyü növbəti qarşılaşma rəsmi matça təsadüf edib. AVRO-2012-nin seçmə qrup mərhələsinin 2010-cu il sentyabrın 7-də keçirilmiş oyununda yığmamız səfərdə Almaniyaya 1:6 hesabı ilə yenilib. Bu oyunda isə top fərqi 5-ə bərabər olub.
Lakin Xorvatiyaya məğlubiyyət Foqtsun rəhbərliyi dövründə həm rəsmi matçlarda, həm də ən böyük fərqlə ilk məğlubiyyət kimi tarixə düşüb.
Qeyd edək ki, Azərbaycan millisi tarixi ərzində ən böyük hesablı məğlubiyyəti 1995-ci il sentyabrın 6-da alıb. Həmin gün AVRO-1996-nın seçmə qrup matçında komandamız Oserdə Fransaya uduzub - 0:10.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |