Bu barədə bilgi aldıqdan sonra idmançı daha bir analizin aparılmasını təklif edib. UWW-nin mövcud antidopinq qaydalarına əsasən, Dağıstan əsilli güləşçi 2 il müddətinə yarışlardan müvəqqəti kənarlaşdırılıb. Qadağa qurumun yekun qərarından sonra qüvvəyə minəcək.
Ərdoğanın B testi də müsbət çıxsa, o, Özbəkistanın paytaxtı Daşkənddə 97 kq çəki dərəcəsində qazandığı bürünc medaldan məhrum ediləcək. Bu halda Türkiyə sərbəst güləş millisi 41 xalla ümumi komanda hesabında əldə etdiyi 3-cü pilləni itirəcək. Əvəzində həmin pilləyə 36 xala malik Azərbaycan millisi yüksələcək.
Qeyd edək ki, əsl soyadı Şamil Əhmədov olan 25 yaşlı güləşçi dünya çempionatından 20 gün öncə Türkiyə millisinə cəlb olunub. O, milliləşdirildikdən sonra Ərdoğan soyadını götürüb.