İngiltərə "Arsenal"ı və Almaniya milli komandasının futbolçusu Məsut Özil barədə şok iddia ortaya atılıb. Sportnet.az-ın məlumatına görə, türk əsilli yarımmüdafiəçinin eyni vaxtda 2 qadınla görüşdüyü üzə çıxıb.
Özil hamıya məlum olan sevgilisi Mandi Kapristo ilə yollarını bu yaxınlarda ayırıb. Bunu Kapristonun "İnstagram"ında Məsuta aid bütün fotoları silməsi də təsdiqləyir. Üstəlik, "Bavariya"nın keçmiş futbolçusu, hazırda İspaniya "Levante"sində forma geyən Kristian Lell Özilə qarşı ittiham irəli sürüb: "Məsut mənim sevgilim Melani Rikkingerlə də münasibətdədir".
Qeyd edək ki, hazırda Məsut Özil zədəlidir. Onun 3 ayadək yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |