
Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığma komandasının sabiq futbolçusu Samirə Məmmədzadənin Sportnet.az-a müsahibəsi...
- Necə oldu ki, futbola başladın?
- 1996-ci ildə Bakıda anadan olmuşam. 3 ildir futbolla məşğulam. Bu idman növünə uşaq vaxtından həvəsim olub. Sadəcə, Azərbaycanda qadın futbolu yox idi. Sonra atam maraqlandı. Qız futbolu olduğunu bildikdən sonra, məni futbola yazdırdı.
- Bizdə qızın futbolla məşğul olmasını mentalitetə uyğun görmürlər. Lakin bunun qarşılığında bu gün kifayət qədər qız futboldadır. Buna səbəb nədir?
- Əslində futbola başqa səbəbdən gələnlər heç vaxt irəli getməyəcəklər. Kiminsə futbol həvəsi var, kiminsə də hər hansısa bir həvəsi.
- Nəyi nəzərdə tutursan: Bir az açıq danışa bilərsən?
- Sözünü düzünü deyim: "Lezbiyanka"lığı.
- Nəhayət, bunu açıq şəkildə etiraf edən oldu. Bu barədə səni cəsarətli saymaq olar?
- Mən ürəkli biriyəm. Sözü həmişə açıq deyirəm.
- Bunu etiraf etməkdən niyə qaçırlar?
- Etiraf etmək üçün ürəkləri yoxdur, ya da nədənsə çəkinirlər. Üzərlərindın atırlar.
- Sən də "Lezbiyanka”san?
- Yox, Allah eləməsin. Elə iş etməkdənsə, ölərəm.

- Bu hala münasibətin necədir?
- Çox pis. Mən hələ də qızın qızla münasibətini anlaya bilmirəm. Azərbaycanla adına yaraşmır.
- Bəs komanda yoldaşların, ya da millidə belələri var?
- Bəli var. Klublarda da, millidə də.
- Çox güman ki, ad açıqlamayacaqsan...
- İstəmirəm ad çəkim.
- Heç olmasa deyə bilərsənmi: bunlar legionerlərdir, yoxsa yerlilər?
- Legionerlər də var, azərbaycanlılar da. Amma legionerlər arasında daha çoxdur.
- Bir qızın "lezbiyanka" olduğunu necə anlaya bilirsən?
- Geyiminə, saç düzümlərinə baxmayaraq, qızlara qarşı münasibətindən anlamaq olur. Geyimə qalsa, mən də idman üslubunda geyinirəm.
- "Lezbiyanka"lığa meyl qız uşaqlarında futbola gəldikdən sonra yaranır, yoxsa elə o vəziyyətdə gəlirlər?
- Onlar uçuruma gedirlər. Ağıllarını başlarına yığsalar, yaxşı olar. Özləri-özlərini yoldan çıxarırlar.
- Deyəsən, bu "lezbi"lər səni yaman özündən çıxarır?
- Belə şeylər görəndə əsəbiləşirəm. Həyata nifrət edirəm. Mənə də belə təkliflər gələndə cavablarını verib yola salıram.
- Hansısa bir hərəkəti göz-önündə ediblər, görmüsən?
- Açıq-aşkar görməmişəm. Təbii ki, nə hərəkət etsələr, gizlicə edərlər.

- Deyirsən sənə təklif ediblər. Necə olub, yaxınlaşıb nə deyib?
- "Facebook"da yazıblar. Hələ ki real həyatda yaxınlaşmayıblar. "Nə qəşəngsən, tanış olaq" yazıblar. Hətta deyiblər ki, "mən lezbiyəm, "para" olaq". Demişəm: "get, işinlə məşğul ol".
- Bu təklifi hazırda qızlardan ibarət komandalarda olanlar edib?
- Bəli.
- Bu, artıq qadın futbolunda adı hala çevrilib?
- Bəli, onlar üçün adı haldır.
- Ailələrindən bilən var, yoxsa elə onlar bilməsin deyə gizlədirlər?
- Məncə, ailələrinin xəbəri yoxdur. Olsaydı, övladlarına sahib çıxardılar.
- Mətbuatda bu haqda yazılanda, narahat olublar ki, ailələri oxuyacaq?
- Xəbərim yoxdur.
- Biləndə ki, dostluq etdiyin qızlar da bu yola keçib, dostluğu pozursan?
- Xeyr, davam edirəm. Özləri bilər. Güya mən desəm, eləməyəcək?!
- Dostlarınla bu haqda söhbətin olub: Səni də bu yola çəkməyə çalışıblar?
- Xeyr, hec vaxt bu mövzuda söhbətimiz olmayıb.
- Sənin onları ifşa etməyinə necə münasibət göstərəcəklər?
- Kimdənsə qorxmuram ki, deməyim. Lazım olsaydı, deməzdim.
- Bəs deməkdə səbəbin nədir, onlara dərs vermək, yoxsa mübarizə aparmaq?
- Özləri başa düşsünlər, yığışdırsınlar belə hərəkətləri. Mübarizə aparıram.
- Səncə, bunun xeyri olacaq?
- İnşallah olar. Əminəm ki, ağıllı insanlara dərs olacaq.
- Sizin və millinin məşqçiləri bu haqda məlumatlıdırlar?
- Bilmirəm.
- Millinin keçmiş baş məşqçisi Zamin Əsədullayev bir neçə ay öncə saytımıza müsahibəsində komandadan elələrini qovduğunu söyləmişdi...
- Yəqin ki, düzdür. Komandada elə hərəkətlər olmamalıdır. Kənarda nə istəyirlər, etsinlər.
- Heç belə şeyləri görüb futbola gəldiyin üçün peşmançılıq hissi keçirmisən?
- Xeyr, futbola nifrətim olmayıb. Amma istəyirdim uzaqlaşım. "Lezbiyankalar"ın çoxu Zamin müəllimin getməsinə çox sevindilər. Mən çox təəssüf edirəm ki, belə bir məşqçini Azərbaycan futbolundan uzaqlaşdırdılar.
- Onun getmə səbəbini bilirsən?
- U-17 millisində nəsə hadisə olmuşdu. Dəqiq məlumatım yoxdur.
- Millidə oynamaq üçün qızları necə seçirlər, qabiliyyətə, yoxsa "day-day"a görə?
- Millidə qızlar var ki, güclü oynanırlar. Bəziləri var ki, heç bacarığı yoxdur. Yəqin ki, arxalarında AFFA-da yüksək vəzifədə çalışan tanışları var.
Röya KƏRİMLİ