1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ağasəlim Mircavadov: "Reynaldonun zəifləməsinin günahkarı sizsiniz" - MÜSAHİBƏ
"Qarabağ"ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov Ukrayna "Dnepr"i ilə Avropa Liqasının oyunu öncəsi Sportnet.az-ın suallarını cavablandırıb...
- "Qarabağ"ın "Dnepr"lə sabahkı oyunundan hansı nəticəni gözləyirsiniz?
- İlk olaraq nəticə yox, oyun gözləyirəm. Oyun olsa, xal gələcək. Əvvəlcə, analiz gərəkdir. Bunları deməyim əslində artıqdır. Bu işlər edilməlidir. "Qarabağ" öz oyununu oynamalıdır. Matç Kiyevdə olacaq. Bu da müsbət haldır. Azərbaycanlı azarkeşlər də gələcək. Elə bilək ki, Bakıda oynayırıq. Çalışıb xal gətirmək lazımdır. Qrupdakı mübarizədən uzaqlaşmaq gərək deyil. İki həftə sonra bu komanda ilə Bakıda oynayacaqlar. O oyunda da qalib gəlmək lazımdır. Xal uğrunda mübarizə aparılmalıdır.
- "Qarabağ" oyundan bir gün əvvəl məşq etməyəcək. Stadiona uyğunlaşa bilməmək baxımından bu hal oyuna necə təsir edəcək?
- Orda meydança bizimkindən də yaxşıdır. Kiyevdə iki böyük futbol arenası var: biri "Olimpiyski", biri də Valeri Lobanovski adına stadion. İkinci "Olimpiyski"dən üstündür. Biz o vaxtlar orada çox oynamışıq. Hər iki stadion şəhərin mərkəzindədir. Camaat matça tez gəlir. Oynayan komanda üçün stadion fərq etmir. Sən öz oyununu oyna, bitdi. "Qarabağ" öz oyununu sərgiləyə bilir.
- "Dnepr" bu il avrokuboklarda cəmi 1 oyunda fərqlənə bilib. "Qarabağ" isə son 5 oyunda 1 dəfə fərqlənib. Sizcə, bu aşağı məhsuldarlıq oyunda minimal hesablı nəticəyə gətirə bilər?
- Avropada oynayan komandalarla Azərbaycan çempionatında böyük fərq var. Avropa klubları ilə oyunda səhv buraxmamalısan. Onlar qol epizodlarından istifadə edəcəklər. Gərək biz də imkanlardan yararlanaq. Belə komandalarla oyunda məcbur etməlisən ki, səhv etsinlər. Klublar hamısı zəncirvari, bir-biri ilə əlaqəlidir. Ona görə, Avropada uğur qazanmaq üçün gərək əlinə düşən fürsətlərdən istifadə edəsən. Avropada nadir hallarda 5-6 qol vurulur. Onu da dahi klublar vurur. Biz bu gün elə deyilik. Artırmaq üçün isə minimum epizodlardan maksimum yararlanmaq lazımdır. Bu da komandanın ustalığını, artımını, inkişafını göstərir.
- Reynaldonun zəif təsir bağışlaması oyunda özünü yenə büruzə verə bilər?
- Reynaldonun zəif təsir bağışlamasında günahkar sizsiniz. Onu o dərəcədə tərifləmək, şişirtmək lazım deyil. Komanda hesabına tərifləmək lazımdır. Hiss etdi ki, tərifləyirsiniz, camaat ayağa qalxır. Reynaldo komanda üçün oynamalıdır. Əvvəl gələndə komanda üçün oynayırdı. Təriflədik, Reynaldo da sevindi, indi isə özü üçün oynayır. Onun hərəkətini yerli oyunçu etsəydi, yazacağdınız ki, niyə ötürmə vermədi?! Ustalıq cəhətindən o, pas verməli idi. Elə edəndə onun transfer dəyəri də artır, imici də artır. Bu qaydadır. Reynaldo hiss etməlidir ki, oyununda soyuma var. Arzu edirik ki, yenə də öz oyununu oynasın.
- Ola bilərmi ki, onu müqavilə şərti, ya da maddi baxımdan nəsə qane etmir?
- Onu mən deyə bilmərəm.
Röya KƏRİMLİ