Azərbaycanda "Turan" klubu yaradılır. Sportnet.az-ın əldə etdiyi məlumata görə, voleybolçu qadınlar arasında Azərbaycan çempionatında iştirak üçün yaradılan komandanın Tovuzda uzun müddət fəaliyyət göstərmiş, sonradan isə "Turan T" və "Turan Tovuz"a çevrilmiş futbol klubu ilə heç bir əlaqəsi yoxdur.
Bakını təmsil edəcək komandanın voleybol çempionatında fəaliyyətini dayandırmış "İqtisadçı"nı əvəzləyəcəyi gözlənilir.
Xəbər Azərbaycan Voleybol Federasiyasından da təsdiqlənib. Federasiyanın koordinatoru Oqtay Musayev Sportnet.az-a açıqlamasında bildirib ki, həqiqətən də yeni komandanın yaradılma ideyası var. Lakin kluba hansı adın veriləcəyi oktyabrın 25-dək bilinəcək: "Mən də "Turan" adlı komandanın yaradılacağını eşitmişəm. Amma hələ komandanın adı və heyəti barədə bizə heç bir sənəd daxil olmayıb. Belə bir fikir var ki, gənclərdən ibarət voleybolçularımız vahid komanda altında birləşdirilərək, çempionata buraxılsın. Hazırda çempionatda çıxış edəcək klublarımızın mandatı aparılır. Yeni komanda yaradılıb-yaradılmadığı yaxın 2 gün ərzində bilinəcək".
Qeyd edək ki, noyabrın 1-də start götürəcək Azərbaycan çempionatında 5 klubun iştirakı dəqiqləşib. Bunlar "Rabitə", "Azəryol", "Azərreyl", "Lokomotiv" və "Telekom"dur.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |