
"Qarabağ"ın futbolçusu Muarem Muarem növbəti dəfə klubun tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, makedoniyalı yarımmüdafiəçi komandasının Avropa Liqasının qrup mərhələsində ilk qolunun müəllifi olub.
O, Ukrayna paytaxtı Kiyevdə keçirilən III tur matçının 21-ci dəqiqəsində "Dnepr"i məyus edib. Hazırda təmsilçimiz məhz bu qol sayəsində 1:0 hesabı ilə öndədir.
Qeyd edək ki, daha öncə Muarem Muarem "Qarabağ"a Avroliqanın qrup mərhələsinə vəsiqə qazandıran qolu vurub. O, avqustun 28-də Hollandiyada "Tvente" ilə təkrar "pley-off" görüşünün 51-ci dəqiqəsində bərabərlik qolunu vurub. Nəticədə "Qarabağ" 1:1 hesablı heç-heçəyə nail olaraq, səfər qolu sayəsində qrup mərhələsinə yüksəlib.