
Konqresə qatılan ölkələrin əksəriyyəti birgə namizədliyə dəstək veriblər. Qərara əsasən, çempionatın qruplarından biri Gürcüstanın paytaxtı Tiflisdə, digəri Qubada, daha 2-si Bakıda olacaq. Yarımfinal və final oyunları da Azərbaycan paytaxtında təşkil olunacaq.
Konqresdə çıxış edən Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev Avropa çempionatına ölkəmizin namizədliyinin dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev səviyəsində dəstəklədiyini bildirib. Qarayev qeyd edib ki, ölkə rəhbəri Azərbaycanda keçirilən bütün tədbirlərə diqqət və qayğı göstərir. Dövlətimiz isə bu tədbirlərin yüksək səviyyədə keçirilməsinə həmişə hazırdır.

