
FİFA-nın rəsmi saytı Türkiyə və Braziliya milli komandaları arasındakı yoldaşlıq görüşü barədə xəbərdə tarixi səhvlərə yol verib. Sportnet.az-ın məlumatına görə, ali futbol qurumunun yazarları Türkiyə yığmasının qapıçısı qismində Volkan Dəmirəlin əvəzinə ölkənin 9-cu prezidenti Süleyman Dəmirəli göstəriblər.
Bundan əlavə, "ay-ulduzlular"ın öz qapısına qol vuran futbolçusunun isə Semih Kaya yox, Suat Kaya olduğu iddia edilib.
Qeyd edək ki, matç Braziliyanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.