1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azarkeşlərini görməyən komanda əzəli rəqiblə oyunu boykot etdi
Xorvatiya çempionatında 16-cı turun "Dinamo" (Zaqreb) - "Hayduk" (Split) qarşılaşması təxirə salınıb. Sportnet.az-ın məlumatına görə, səbəb polislərin paytaxt stadionuna gələn qonaq komandanın 50-dək fanatını içəri buraxmaması olub.
Tribunada tərəfdarlarını görməyən "Hayduk" həmrəylik əlaməti kimi meydana çıxmaqdan imtina edib. Azarkeşlərin içəri buraxılmaması Split polisinin "Dinamo" rəhbərliyinə oyunlara girişi qadağan edilən 92 nəfərlik siyahı təqdim etməsi ilə əlaqədardır. Amma qonaq komanda hesab edir ki, "qara siyahı"nı məhz Zaqreb klubu tərtib edib. "Hayduk" həmin azarkeşlərin də oyuna buraxılmalarını tələb edib. "Dinamo" rəhbərliyi isə əzəli rəqibini məhkəməyə verməklə hədələyib.
Qeyd edək ki, Xorvatiya çempionatının əsasnaməsinə görə, "Hayduk"a 0:3 hesablı texniki məğlubiyyət veriləcək. Bura digər sanksiyalar - 6 xalın silinməsindən tutmuş çempionatdan xaric edilməyədək cəzalar da əlavə oluna bilər.