
Tükiyə Super Liqasının 15-ci turunda "Mersin İdmanyurdu"nu 1-0 məğlub edən "Fənərbağça", ev oyunlarında məğlubiyyətsizlik seriyasını 31-ə yüksəltdi. Sportnet.az-ın məlumatına görə, "Fənərbağça" Şükrü Saracoğlu Stadionunda sonuncu dəfə 2012-2013 mövsümünün 20-ci turunda 3 fevral 2013-cü il tarixində "Sivasspor"a 1:2 məğlub olub. Bu matçdan sonra 31 oyundur ki, öz meydanında məğlub olmur.
"Sarı Kanarya" Kadıköydə oynadığı son 31 liqa qarşılaşmasında 27 dəfə qalib olub, 4 matçda isə, heç-heçə edib. Bu müddətdə 77 qol vuraraq, qapısında 23 qol görüb.