1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Futbolçu hakimi döyərək, xəstəxanalıq etdi
Türkiyənin Giresun şəhərində həvəskarlar liqasında mübarizə aparan iki komanda arasındakı matçda hakimi qırmızı vərəqə ilə qovulan futbolçu döyüb. Sportnet.az-ın məlumatına görə, hadisə "Yağlıderespor" - "Espiye Es Es" qarşılaşmasının 75-ci dəqiqəsində baş verib.
Qonaq komandanın futbolçusu Emrah Kurt qırmızı vərəqə almasına etirazını yan xətt hakimi Emrah Kaplanı yumruqlamaqla göstərib. Nəticədə Kaplan bayılaraq, yerə sərilib. O, 112 təcili yardım xidməti ilə Yağlıdere xəstəxanasına, ardından Giresun dövlət xəstəxanasına çatdırılıb.
Meydandakı qarışıqlıq isə polis gələnədək aradan qalxıb. Baş hakim Mustafa Zıvalı olaylar üzündən oyunu yarımçıq saxlayıb. Kaplanın şikayəti əsasında "Espiye Es Es"in futbolçuları Hüseyin Yanlı, Hüseyin Turan və Emrah Kurt ifadə vermək üçün yerli məhkəməyə aparılıb.