1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan klubunun prezidentindən çılğın reaksiya
Voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasında bu gün keçirilən "Azəryol" - "Lokomotiv" matçında maraqlı anlar yaşanıb. Sportnet.az-ın məlumatına görə, Voleybol Mərkəzindəki həlledici oyun hər iki komandanın güclü azarkeş dəstəyi altında keçib.
Amma "Lokomotiv"in prezidenti Elnar Əsgərovun sevimli komandasına azarkeşliyi daha fərqli olub. Matçı sonadək ayaq üstə izləyən Əsgərovun qazanılan və itirilən hər xala reaksiyası diqqətçəkən olub. Olduqca çılğın təsir bağışlayan klub prezidenti hətta bir epizodda baş hakimə də irad tutub.
Görüşdən sonra isə o, tribunadan meydançaya enərək, komanda üzvlərini tək-tək qucaqlayaraq, təbrik edib. Əsgərov voleybolçulara qoşularaq, qələbə sevincini azarkeşlərlə bölüşməyi də unutmayıb. Lakin gənc klub prezidenti jurnalistlərə açıqlama vermək istəməyib. O, ətrafındakı klub rəsmiləri ilə danışmağımızı tövsiyə edib, özünün isə yalnız "Rabitə" ilə final matçından sonra fikir bildirəcəyinə söz verib.
Qeyd edək ki, "Lokomotiv" "Azəryol"la 3-cü yarımfinal matçından 3:1 hesablı qələbə ilə ayrılıb. Nəticədə "dəmiryolçular" finala yüksəlib. "Rabitə" ilə həlledici oyunlar aprelin 10-da, 12-də və ehtiyac yaranarsa, aprelin 15-də keçiriləcək.