
Braziliyanın "Korintians" klubunun 8 azarkeşi qətlə yetirilib. Sportnet.az-ın "Folha de Sao Paulo"ya istinadən məlumatına görə, hadisə naməlum şəxslərin fanatların mənzil-qərargahına hücumu nəticəsində törədilib. 
2 cinayətkar içəri girərək, silahsız vəziyyətdə olan 7 tərəfdarı güllələyib. 8-ci fanat küçəyə qaçmağa müvəffəq olsa da, çöldə vurulub və aldığı yaralardan xəstəxanada keçinib. 
San-Paulu rəhbərliyi baş verənlərə baxmayaraq, "Korintians" - "Palmeyras" matçını təxirə salmamağa qərar verib. Polis azarkeşlərin mənzil-qərargahına hücumun futbolla əlaqəli olmadığını gümah edir. 









                 





    
    
    
    
    
    
    
    
    





















































