İngiltərənin ikinci dərəcəli liqası olan Çempionşip başa çatıb.
Sportnet.az xəbər verir ki, "İpsviç" yenidən elitaya vəsiqə qazanıb.
Ötən mövsüm Premyer Liqada mübarizə aparan klub cari futbol ilinin sonunda Çempionşipdə 46 oyuna 84 xalla ikinci yeri tutaraq bu vəsiqəni təmin edib.
Qeyd edək ki, liqanın qalibi olan "Koventri" də Premyer Liqaya birbaşa vəsiqə qazanıb. Elitaya yüksələcək üçüncü komandanın adına isə "Milluoll", "Sauthempton", "Midlsbru" və "Hall Siti" arasında keçiriləcək pley-off mərhələsindən sonra aydın gələcək.















































































