
Gürcüstanın paytaxtı Tiflisdəki dünya çempionatı vaxtı Azərbaycan və Ermənistan karateçiləri arasında baş vermiş kütləvi davanın təfərrüatları müəyyənləşib. Bu barədə Sportnet.az-a Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib.
Onun sözlərinə görə, insident şotakan karate üzrə yarışda yaşanıb. Azərbaycan karateçilərinin Ermənistan təmsilçiləri üzərində qələbə qazandıqları 8-ci döyüşdən sonra rəqib məğlubiyyəti həzm etmək istəməyib. Nəticədə tərəflər arasında əlbəyaxa döyüş baş verib. Bu döyüşdən də Azərbaycan tərəfi qalib ayrılıb. Döyüldüklərini görən ermənilər zaldan çıxaraq, qaçıblar.
Qeyd edək ki, Azərbaycan Şotokan Karate Federasiyasının prezidenti Elçin Mehdizadədir.









































































