
Rusiyanın "Uraloçka" klubunun baş məşqçisi Nikolay Karpol yenidən Bakıya gəlib. Sportnet.az-ın məlumatına görə, 77 yaşlı mütəxəssis hazırda "Azəryolservis" İdman Mərkəzində Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən Avropa çempionatının son təsnifat mərhələsinin ilk görüşünü izləyir.
Əfsanəvi baş məşqçi ilə yanaşı, keçmiş "Rabitə", hazırda isə "Telekom" adlanan klubun prezidenti Cəlil Cəfərov da fəxri tribunadadır. Azarkeşlər arasında isə "Bakı 2015" I Avropa Oyunlarının ulduz elçiləri Tahir və Cabir İmanov qardaşları yer alıb.





































































