
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov daha bir vəzifəsini itirib.
Sportnet.az-ın əldə etdiyi xəbərə görə, o, bundan sonra Azərbaycan Şahmat Federasiyanının (AŞF) rəhbərliyində təmsil olunmayacaq.
S.Talıbov qurumun İcraiyyə Komitəsinə keçirilən seçkilərdə namizədliyini irəli sürməyib.
AŞF-nin hazırda davam edən Konfransında İcraiyyə Komitəsi üzvlüyünə namizədlər siyahısında onun adı yoxdur. O, toplantıya da qatılmayıb.
Əvvəlki tərkiblə müqayisədə Cahangir Ağakərimov da İcraiyyə Komitəsində yer almayıb. Onları Bəxtiyar Məmmədov və Yaqub Hüseynov əvəzləyib.
İcraiyyə Komitəsinin digər üzvləri Mahir Məmmədov, Faiq Həsənov, Sərxan Həşimov, Aynur Sofiyeva və Elnur Əliyev isə növbəti dörd il müddətində də fəaliyyətlərini davam etdirəcəklər.
Qeyd edək ki, Seymur Talıbov 2021-ci ildən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsini tuturdu. Onun rəhbəri olduğu Naxçıvan Şahmat Federasiyası isə 2024-cü ildə ləğv olunub.