
Çövkən üzrə Azərbaycan millisi III MDB Oyunlarında qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, yığma Şəki şəhər stadionunda keçirilmiş final görüşündə Özbəkistana qalib gəlib - 3:0.
Qolları Şahmar Nağızadə, Vahid Məmmədov, Tərlan Qurbanəliyev rəqib qapısından keçiriblər.
Görüşü Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Dünya Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev və digər rəsmilər izləyib.
Bu, Azərbaycanın 30-cu qızıl medalı olub.
Qeyd edək ki, çövkən növündə bürünc medalı 3-cü yer uğrunda görüşdə Qazaxıstana 2:0 hesabı ilə qalib gəlmiş Qırğızıstan yığması tutub.