Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın daha bir yunan-Roma güləşçisi final görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 82 kq çəki dərəcəsində yer alan Qurban Qurbanov Dünya Güləş Birliyini təmsil edən Adlet Tülübayevlə üz-üzə gəlib.
Qarşılaşmadan qalib ayrılan Qurbanov ikiqat Avropa çempionu adını qazanıb. 24 yaşlı idmançı 2025-ci ildə də eyni titula yiyələnmişdi.
---------------------
Azərbaycan yunanı-Roma güləşçisi Həsrət Cəfərov 4 qat Avropa çempionu olub.
Sportnet.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yer alan 24 yaşlı idmançı bu nailiyyətə Albaniyanın paytaxtı Tiranada keçirilən qitə çempionatında imza atıb.
O, finalda türkiyəli Murat Fıratı məğlub edib - 7:5.
Beləliklə, Həsrət Cəfərov son 4 ildə dördüncü dəfə (2023, 2024, 2025, 2026) Avropa çempionu tituluna sahib çıxıb. O, 2022-ci il qitə və dünya çempionatlarında, eləcə də 2024-cü il Paris Yay Olimpiya Oyunlarında bürünc medala yiyələnib. 2023 və 2025-ci il mundiallarında isə Cəfərov gümüş medalla kifayətlənib.
















































































