Azərbaycanın qadın güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 3-cü yer uğrunda görüşə çıxıb.
Sportnet.az xəbər verir ki, 59 kq çəki dərəcəsində rəqib belaruslu Marta Getmanova olub.
Qarşılaşmadan qələbə ilə ayrılan Qurbanova bürünc medal qazanıb. Bu, Azərbaycanın Avropa çempionatında qadın güləşində ilk medalı olub.














































































