1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Rio-2016": 6 idmançımız mübarizəyə qoşulur
Braziliyanın paytaxtı Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının 4-cü yarış günündə Azərbaycanın 6 idmançısı mübarizə aparacaq. Sportnet.az-ın məlumatına görə, onlardan 3 boksçu mübarizəyə yeni qoşulacaq.
Günə ilk olaraq Olqa Senyuk başlayacaq. O, qadınlar arasında fərdi olaraq kamandan oxatma yarışında mübarizə aparacaq.1/32 finalda onun rəqibi çinli Cao Hui olacaq. Yarış Bakı vaxtı ilə 23:57-də keçiriləcək.
Daha sonra kişilər arasında avarçəkmə yarışlarında Aleksandr Aleksandrov və Boris Yotov tandemi yarımfinal mübarizəsinə qoşulacaq. Yarımfinal Saat: 17:30-da başlayacaq.
Günə boksçularımız yekun vuracaq. İlk olaraq rinqə 1/16 final mərhələsində 75 kq. çəki dərəcəsində Kamran Şahsuvarlı çıxacaq. Boksçumuz çinli Minggang Zhaoya qalib gəlməyə çalışacaq. Döyüş 19:15-də keçiriləcək.
Rinqə ikinci gecə saat 00:45-də Albert Səlimov çıxacaq. O, 60 kq. çəkidə 1/16 finalda mavrikiyalı Merven Clairdən üstün olmağa çalışacaq.
Günün sonuncu döyüşünə isə +91 kq-da (+91 kg) Məhəmmədrəsul Məcidov çıxacaq. Gecə saat 02:00-da başlanacaq döyüşdə boksçumuz mərakeşli Məhəmməd Arjaoui ilə üz-üzə gələcək. Döyüş 1/16 final mərhələsində baş tutacaq.